Ukraynada müharibədə ölən uşaqların sayı 339-a çatıb

25 İyun 2022 11:50 (UTC+04:00)

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 339 uşaq ölüb, 611 uşaq isə yaralanıb. SİA xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Məlumata görə, 4 ay ərzində 950 uşaq müharibə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, Rusiya ordusunun bombardmanı nəticəsində 2061 təhsil müəssisəsinə ziyan dəyib, 2133-ü isə tamamilə dağılıb.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.