Ermənistanda hərbçilər qəzaya düşüb

25 İyun 2022 10:47 (UTC+04:00)

Ermənistanda hərbçiləri daşıyan avtomobillər qəzaya düşüb. SİA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə İrəvan-Mehri yolunun Qərbi Zəngəzurdan keçən hissəsində qeydə alınıb.

“KamAz” və “Mercedes” markalı 2 hərbi maşın toqquşub. Nəticədə 1 əsgər hadisə yerində ölüb, 4-ü yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.