Sabah "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri işləməyəcək

25 İyun 2022 10:13 (UTC+04:00)

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") vətəndaşlara müraciət edib. Agentlikdən SİA-ya verilən məlumata görə, 26 İyun - Silahli Qüvvələr Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu səbəbdən vətəndaşlar iyunun 27-dən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.