Bu ölkələrdə meymunçiçəyi virusu sürətlə yayılır

25 İyun 2022 07:52 (UTC+04:00)

Qana Səhiyyə Xidmətlərinin (GHS) baş direktoru Doktor Patrik Kuma-Aboaqye virusun Aşanti, Eastern, Bono və Akkra əyalətlərinə yayıldığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Kuma-Aboaqye ölkədə bir həftə ərzində 18 hadisənin qeydə alındığını, onların yaşlarının 9 ilə 41 arasında olduğunu, ancaq can itkisinin olmadığını, bildirib.

Bolqarıstan Səhiyyə Nazirliyi də ölkədə ilk dəfə 2 nəfərdə meymunçiçəyi virusunun aşkar edildiyini açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada 41 və 44 yaşlı iki nəfərin testinin müsbət olduğu, bu şəxslərin daha əvvəl İspaniya və İngiltərəyə səfər etdikləri bildirilib.

Endemik virusun törətdiyi nadir xəstəliklərdən olan meymunçiçəyi Konqo və Qərbi Afrika olmaqla iki növdür. Heyvandan insana, nadir hallarda isə insandan insana yoluxan virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb olur.