ÜST rəhbəri ABŞ Ali Məhkəməsinin qərarını tənqid edir

25 İyun 2022 03:38 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus ABŞ Ali Məhkəməsinin qadınların abort hüququnu konstitusiyaya zidd kimi tanıması qərarını tənqid edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” nəşri yazır.

“...Mən çox məyus oldum, çünki qadınların hüquqları qorunmalıdır. Mən Amerikanın bu hüquqları müdafiə edəcəyini gözləyirdim” –deyə Qebreyesus bildirib.

Qeyd edək ki, iyunun 24-də ABŞ Ali Məhkəməsi dövlət məhdudiyyəti olmadan abortlara dair konstitusiya təminatını ləğv edib.

Qərar 1973-cü ildə qadınlara səlahiyyətlilərin məhdudiyyətləri olmadan abort etmək hüququ verən Roe v. Wade işinə yenidən baxılmasından sonra qəbul edilib.

...Beləliklə, abortları tənzimləmək hüququ “xalqa və onların seçilmiş nümayəndələrinə qaytarılır”.

Yeri gəlmişkən bu arada ABŞ prezidenti Cozef Bayden də ABŞ Ali Məhkəməsinin müvafiq qərarını tənqid edib.

Ağasəf Babayev