Milli Kәşfiyyat Tәşkilatının hәrәkәt qabiliyyәti

25 İyun 2022 00:59 (UTC+04:00)

Türkiyә sәrhәddәn kәnarda hәrbi әmәliyyatlar keçirmәyә davam edir. İraqın Sincar vә Süleymaniyә bölgәlәrindә silahlı PUA-larla hәyata keçirilәn әmәliyyatlar nәticәsindә terror tәşkilatı PKK-nın çox sayda üzvü zәrәrsizlәşdirilib. Türkiyәnin Milli Kәşfiyyat Tәşkilatının sözügedәn bölgәlәrdәki hәrәkәt qabiliyyәti diqqәt çәkir.

İyunun 7-dә İraqın Süleymaniyә şәhәrinin Kelar bölgәsindәki bir avtomobil silahlı pilotsuz uçuş aparatları vasitәsilә hәdәf alınıb. Yerli mәnbәlәr avtomobildәki beş nәfәrin öldürüldüyünü açıqlayıb. Bir müddәt sonra avtomobildәkilәrin terror tәşkilatı PKK-nın üzvlәri olduqları hәtta birinin Fәrhad Derik adlı şәxs olduğu elan edilib. Derik terror tәşkilatı PKK-nın Suriyadakı qolunun ‘‘Şimali vә Şәrqi Suriya Muxtar Respublikası’’ şurasının dırnaqarası hәmsәdri vәzifәsini icra edәn şәxs idi. Derikin digər 4 PKK terrorçusu ilə birlikdə təşkilati fəaliyyət üçün Süleymaniyәdә olduğu düşünülür.

Derikin Suriyadan bu qәdәr uzaqda yerlәşәn Süleymaniyәdә necә tәsbit edildiyi vә necә hәdәf alındığı diqqәt çәkir. Terrorçuların Suriyadan İraqadәk tәqib oluna bilәcәyi, bunun texniki imkanlar baxımından artıq mümkün olduğu vә Türkiyə sərhəd xəttinə 300 km məsafədə hərəkət edən bir avtomobilin məhv edilə biləcəyi müşahidә olunur.

Türkiyə son illərdə Milli Kәşfiyyat Tәşkilatına ciddi sərmayə qoyaraq onu qlobal səviyyədə səlahiyyətli və əhəmiyyətli bir təşkilata çevirib. Müәyyәn çətinliklərlə üzləşən Milli Kәşfiyyat Tәşkilatının ciddi şәkildә inkişaf etdiyi müşahidә olunur.

Təbii ki, Türkiyənin müdafiə sənayesinin son illərdəki inkişafı Milli Kәşfiyyat Tәşkilatını dəstəkləyən amillәrdәndir. Xüsusilә Türkiyәnin silahlı pilotsuz uçuş aparatı sahәsindәki lider mövqeyi Milli Kәşfiyyat Tәşkilatının müvafiq müşahidə, kəşfiyyat və hədəfləmə qabiliyyətini güclәndirir. Milli Kәşfiyyat Tәşkilatının İraq vә Suriyada hәyata keçirdiyi әmәliyyatlar bunun göstәricisidir.