Fuat Oktay: “Egeydəki adalar dərhal tərksilah edilməlidir”

25 İyun 2022 00:54 (UTC+04:00)

Ötən gün Şimali (Kıbrıs) Kipr Türk Respublikasına (ŞKTR) rəsmi səfər edən vitse-prezident Fuat Oktay prezident Ersan Tatarla görüşündən sonra mətbuata açıqlama verib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Oktay: “Türkiyə ŞKTR-nin bütün qurum və təşkilatları ilə sabitliyinə və güclənməsinə üstünlük verir. 1571-ci ildən bəri Kipr türklərinin sahib olduqları öz torpaqlarında suverenliklərini möhkəmləndirmələrinə dəstəyimiz davam edir.

Kipr probleminin həlli üçün yeganə yol Kipr Türk xalqının suveren bərabərliyinin və bərabər hüquqlu beynəlxalq statusunun rəsmiyyətə tanınmasıdır. Bu həll yolu Şərqi Aralıq dənizində əməkdaşlıq mühitinin inkişafına da töhfə verəcik”.

Vitse-prezident Oktay Yunanıstanın baş nazirinin keçən həftə Kipr Rum İcmasına səfərinə toxunub və onun həmin səfər zamanı sülhün hökm sürdüyü adayı utanmadan Ukrayna ilə müqayisə etdiyini və 1974-cü ildə həyata keçirilən Sülh Əməliyyatı ilə bağlı behudə sözlər səsləndirdiyini xatırladıb və Baş nazir olan belə bir şəxsin beynəlxalq müqavilələri açıq şəkildə pozaraq Egey adalarını silahlandırdığını sözlərinə əlavə edib.

Vitse-prezident Oktay ŞKTR-na səfəri çərçivəsində Baş nazir Ünal Üstel və Respublika Məclisinin sədri Zorlu Törə ilə də ayrı-ayrılıqda görüşüb.