Dәnizlidә 8 milyon il əvvəl yaşamış heyvanlara aid qalıqları aşkar edilib

25 İyun 2022 00:41 (UTC+04:00)

Türkiyәnin Dənizli şәhәrindә 8 milyon il əvvəl yaşamış heyvanların qalıqları aşkar edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Tavas rayonunda aparılan arxeoloji qazıntıları zamanı fil, kərgədan, zürafə, at, antilop, ceyran, hiena və qarışqayeyən kimi heyvanlara aid olduğu ehtimal edilən qalıqlar aşkar edilib.

Arxeoloji tapıntılar ərazidə 15 fərqli heyvan növünün olduğunu göstərsə də, qalıqlar üzərində aparılacaq araşdırmalar heyvanların növləri aydın şəkildə göstәrәcәk.

Qalıqlarının təxminən 8 milyon illik olduğu və bölgədə araşdırmaların davam etdiyi bildirilib.