“Azərbaycan təyyarəsi Türkiyədə meşə yanğınlarını söndürür”

25 İyun 2022 00:22 (UTC+04:00)

Türkiyədə meşə yanğınlarının söndürülməsinə Azərbaycandan təyyarə cəlb olunub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı vurğulayıb ki, Rumıniya və İsrail hökumətləri də yanğınla mübarizə üçün təyyarələr göndərməyi təklif ediblər.

“Lakin indi buna ehtiyac yoxdur, çünki yanğınlar bizdə olan texnika ilə söndürülür”, - Türkiyə lideri izah edib.

Ərdoğan əlavə edib ki, hazırda 61 hava texnikası - 15 təyyarə və 46 helikopter yanğınları söndürür.

Əli Babayev