Çin Yerin zondlanması üçün orbitə növbəti 3 peykini çıxarıb

25 İyun 2022 00:02 (UTC+04:00)

Çin Yerin məsafədən yüksək görüntü ilə zondlanması üçün “Yaogan” sinfi üç ədəd peykini orbitə çıxarıb.

Çinin "Sinxua" xəbər agentliyinin xəbərinə görə, Çin Yerin məsafədən yüksək görüntü ilə zondlanması üçün 3 ədəd “Yaogan-35” peykini orbitə çıxarıb.

SİA-nın əldə etdiyi məlumata görə, peyklərin planlaşdırılan orbitə çatdığı bildirilib.

Fırlatma "Long March" raketləri ilə həyata keçirilən 424-cü uğurlu missiya olub.

Uzaqdan zondlama xüsusiyyətinə malik optik peyklərin torpaq ehtiyatlarının monitorinqi, şəhərsalma, məhsulun proqnozlaşdırılması, fəlakətlərin qarşısının alınması və mühafizəsi işlərinə dəstək verməsi hədəflənir.

Xatırladaq ki, Çin noyabrın 6-da Yerin məsafədən yüksək görüntü ilə zondlanması üçün 3 ədəd “Yaogan-35” peykini orbitə çıxarıb.