Runi istefa verdi

24 İyun 2022 23:48 (UTC+04:00)

"Derbi Kaunti"nin baş məşqçisi Ueyn Runi istefa verib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 36 yaşlı mütəxəssis öz istəyi ilə vəzifəsindən kənarlaşdırılmağı klub rəhbərliyindən istəyib.

Qeyd edək ki, Runi 2020-ci ilin noyabrında "Derbi Kaunti"ni çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən mövsüm Çempinşipi tərk edib.

Xatırladaq ki, 2021/2022 mövsümündə "Derbi Kaunti"də ciddi maliyyə problemləri yaşanıb.