"Bavariya"dan Ronaldo açıqlaması

24 İyun 2022 23:04 (UTC+04:00)

"Bavariya"nın idman direktoru Hasan Salihamidziç "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun Almaniya klubuna mümkün transferinə münasibət bildirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu iddiaları təkzib edib: “Kriştiano Ronaldo möhtəşəm karyerası olan ən yaxşı futbolçudur. Ancaq şayiələr doğru deyil".

Qeyd edək ki, "Bavariya"nın futbolçusu Robert Levandovski klubdan ayrılacağı təqdirdə, Münhen təmsilçisinin Ronaldonu transfer edə biləcəyi xəbərləri yayılmışdı.