Olaf Şolts әhәmiyyәtli bәyanatlar verib

24 İyun 2022 22:05 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolts altı Qərbi Balkan ölkəsinin Avropa İttifaqına tam hüquqlu üzvlük ehtimalını dәstәklәyәcәyini bikdirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barәdә Olaf Şolts Belçikanın paytaxtı Brüsseldә verdiyi bәyanatda bildirib. O, Avropa İttifaqına üzv olmaq istәyәn altı Balkan ölkәsinin bu istiqamәtdә sürәtlә irәlilәdiyini vә bu sәbәbdәn Almaniyanın bu ölkәlәri dәstәklәyә bilәcәyini vurğulayıb.

"Bu, uzunmüddətli bir yoldur. Buna görə də, bu bölgədә yaşayan vətəndaşların və ölkələrinin son illərdə göstərdiyi səylər nәzәrә alınmalıdır. Biz bunun tərəfdarıyıq. Altı Qərbi Balkan ölkəsinin Avropa İttifaqına tam hüquqlu üzvlük ehtimalını dәstәklәmәk mәsәlәsindә qәtiyyәtliyik. Bu ölkələr bu mövzuda Almaniyaya etibar edә bilәr’’,-deyә Almaniya kansleri vurğulayıb.

Olaf Şolts həmçinin Avropa İttifaqına üzv 27 ölkәnin Moldova və Ukraynaya “Avropa İttifaqına namizədlik statusu” verməsini dәstәklәmәsini böyük addım kimi qiymətləndirib.

Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Bosniya və Herseqovina və Kosovo uzun müddətdir ki, Aİ-nin tamhüquqlu üzvü olmağa çalışır.