“Hicablı xanımla evlənə bilərəm” - TÜRKİYƏLİ MÜĞƏNNİ

24 İyun 2022 20:45 (UTC+04:00)

Türkiyəli müğənni Sinan Akçılın evlilik açıqlaması gündəm olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aktrisa Burcu Kıratlı ilə iki dəfə evlənib, ayrılan sənətçi növbəti münasibətindən bəhs edib.

Məşhur müğənni bildirib ki, bundan sonra ailə quracağı şəxsin məşhur olmamasını istəyir: “O insan məşhur olmasın. Yaxud da soruşurlar ki, hicablı qadınla sevgili olarsız? Başı açıq, ya qapalı fərqi yoxdur. Qapalı xanımla da evlənə bilərəm”.