Yayda hansı xəstəliklər baş qaldırır? - HƏKİM AÇILADI

24 İyun 2022 16:03 (UTC+04:00)

“İshal insanların vaxtaşırı qarşılaşdıqları bir infeksion xəstəlikdir. Hər yaşda insanlarda, xüsusən də uşaqlarda daha çox təsadüf olunur”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Leyla Əmrahova deyib.

Onun sözlərinə görə, ishal, usma, qarın ağrısı kimi problemlərlə yanaşı, uzun sürdükdə dehidratasiyaya da səbəb ola bilir: “Bağırsaq infeksiyalari bakteriyalar, viruslar, parazitlər tərəfindən törədilə bilər.

Bakterial səbəbli qastroenteritlər:

Əsasən E.Coli,Salmonellalar, Campilobakteriya, Şigellalar tərəfindən törədilir. Qida zəhərlənmələrinə bağlı ortaya çıxan qastroenteritlər də bakterial qastroenteritlərdir”.

Həkim sözlərinə belə davam edib: “Virusların səbəb olduğu qastroenteritlər:

Rotavirus, Adenovirus, Norovirus kimi virusların səbəb olduğu bağırsaq infeksiyalarıdır. Uşaqlarda müşahidə olunan ishalların böyük qismi virus mənşəlidir.

Əlamətləri:

Sulu ishal

Ürəkbulanma, qusma

Qarında ağrı

Temperatur

Baş ağrısı

Yorğunluq, halsızlıq

Dehidratasiyaya bağlı olaraq ağızda və dəridə quruluq

Susuzluq

Mədə ağrısı

Təzyiqin aşağı olması

Ayaqlarda ağrı”.

Ayşən Vəli