Siyasi partiya rəhbərləri Zəngilan rayonunun Həkəri çayında olublar - VİDEO- FOTOLAR

24 İyun 2022 14:47 (UTC+04:00)

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri Zəngilana səfəri çərçivəsində bu gün Zəngilan rayonunun Ağalı kəndinə gəliblər və Həkəri çayına farel balıqlarının buraxılma mərasimində iştirak ediblər. SİA xəbər verir ki, mərasimdə iştirak edən qonaqlara Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev tərəfindən məlumat verilib ki, Həkəri çayına indiyədək 10 mindən artıq farel balığı buraxılıb. Diqqətə çatdırılıb ki, çayın özündə qırmızı balıqlar da var.

Səfər davam edir.

Qeyd edək ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.