Siyasi partiya sədrləri Zəngilanda səfərdədir

24 İyun 2022 14:29 (UTC+04:00)

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq Zəngilan rayonunda səfərdədir. SİA xəbər verir ki, Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olacaqlar.

Həmçinin iştirakçılara “Böyük qayıdış”ın rəmzi olan “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə bağlı geniş məlumat veriləcək.

Daha sonra partiya sədrləri Bəsitçay Dövlət Təbiət Qoruğunu da ziyarət edəcəklər.