“İnvestisiyaların yatırılması Azərbaycanın ərzaq təhlükəsizliyi üçün vacibdir”

24 İyun 2022 12:31 (UTC+04:00)

“İnvestisiyaların yatırılması, dairəvi iqtisadiyyatın inkişafı Azərbaycanın ərzaq təhlükəsizliyi üçün önəmlidir”. SİA xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəri” ASC-nin İdarə Heyətinin sədri Murad Abdullayev Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda bildirib.

O qeyd edib ki, dünyada iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi ilə bağlı mənfi təsirlərin azaldılması mühüm əhəmiyyətə malikdir: “Biz hökumətin müvafiq qolu kimi bu sektorlara yönəlmişik. Beləliklə, ərzağa tələbatının ödənilməsi istiqamətində investisiyaların yatırılması, dairəvi iqtisadiyyatın inkişafı bizim üçün çox vacibdir. Təkrar emal məsələsi də çox mühümdür".