Yandı rusun dədəsi...

24 İyun 2022 08:44 (UTC+04:00)

ABŞ tərəfindən göndərilən Yüksək Performanslı Artilleriya Raket Sistemləri (HIMARS) Ukraynaya çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Twitter" hesabında açıqlama verib.

O "HİMARS sistemləri Ukraynaya gəlib. Həmkarım və dostum, ABŞ-ın müdafiə naziri Lloyd Ostinə təşəkkür edirəm. Bu yay rus əsgərləri üçün isti keçəcək, bəziləri üçün isə sonuncu olacaq" ifadələrdən istifadə edib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden iyunun 1-də Ukraynaya inkişaf etmiş raket sistemləri daxil olmaqla 700 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqlədiyini açıqlayıb. Sözügedən paketə Yüksək Performanslı Artilleriya Raket Sistemləri də daxildir.

Bildirilir ki, orta məsafəli idarə olunan raket sistemi HIMARS müharibədə Rusiya ordusuna xeyli ziyan vura və onun irəliləyişini ləngidə bilər.