Türkiyə və Azərbaycan hərbi pilotlarının birgə uçuşları olub

24 İyun 2022 08:00 (UTC+04:00)

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.

SİA-nın əldə etdiyi məlumata görə, təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Qardaş ölkənin pilotları həmçinin Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.