Yaponiya və Filippin kosmosda birgə fəaliyyət göstərəcəklər

24 İyun 2022 07:41 (UTC+04:00)

Yaponiya və Filippin hökumətləri yalnız müdafiə sahəsində deyil, həmçinin kosmosda da birgə fəaliyyətdə maraqlıdırlar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yaponiya özünümüdafiə qüvvələrinin nümayəndəsi Şunzi İzutsu Filippinin Luson adasında yerləşən aviabazaya səfəri zamanı bildirib.

Yaponiya rəsmisinin sözlərinə görə, rəsmi Manila Tokio ilə əməkdaşlığı gücləndirərək, ətraf əraziləri müşahidə sahəsində imkanlarını artırmaq niyyətindədir.

Xatırladaq ki, son vaxtlar Yaponiya ilə Filippin arasında hərbi sahədə əməkdaşlıq getdikcə genişlənir. Belə ki, cari il mayın 27-də Yaponiya ən müasir radiolokasiya avadanlığı ilə təchiz edilmiş ikinci mühafizə gəmisini Filippinə təhvil verib. Belə bir gəmi artıq Cənubi Çin dənizində xidməti vəzifələrini icra edir.