Meksika polisi oğurlanmış adamları azad etmək üçün Xalisko ştatında genişmiqyaslı əməliyyat keçirib.
SİA APA-ya istinadən xəbər verir ki, silahlı dəstə 2 saatadək müqavimət göstərsə də, girovları azad etmək mümkün olub. Atışma zamanı dördü polis olmaqla 12 nəfər həlak olub.
Yaralıların sayı barədə dəqiq məlumat yoxdur.