Yunanıstan könüllü insan haqları müdafiəçilərinə təzyiqi artırıb

24 İyun 2022 04:51 (UTC+04:00)

SİA TRT-ə istinadən xəbər verir ki, BMT-nin insan haqları müdafiəçilərinin vəziyyətini araşdıran xüsusi məruzəçisi Meri Lovlor məsələ ilə bağlı yazılı açıqlama verib: “Yunanıstanın mühacirlərlə bağlı siyasəti insan haqları müdafiəçilərin işini çətinlişdirir”.

Yunanıstan hökumətinin ölkəyə daxil olmalarına icazə verilməyən və deportasiya olunan mühacirlərə həmrəylik nümayiş etdirən hüquq qruplarına qarşı repressiv münasibətinə sərt reaksiya verən Lovlor qeyd edib ki, Yunanıstan İmmiqrantlarla həmrəylik hərəkətlərini cinayət və insan qaçaqmalçılığına bərabər şəkildə xarekterizə edir. Ölkədə sığınacaq axtaranların və mühacirlərin hüquqlarını müdafiə edənlər təzyiq altındadır.

Yunanıstan hökumətinin ötən il ölkənin sahillərində qapalı qalan miqrantları xilas etmək üçün könüllü təşkilatların fəaliyyətlərini məhdudlaşdıran qanununa da toxunan Lovlor, bu tətbiqin qeyri-hökumət təşkilatlarına ağır təsirinin olduğunu vurğulayıb.