Teymur Rəcəbov macarıstanlı şahmatçı ilə heç-heçə edib

23 İyun 2022 23:32 (UTC+04:00)

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 6-cı turun oyunları keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda macarıstanlı Riçard Rapportla heç-heçə edib.

Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 2,5 xalla 6-7-ci yerləri bölüşür.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.