Severodonetskdəki “Azot” kimya müəssisəsini zəbt edən ukraynalı millətçi “Aidar” batalyonunun silahlıları atəşkəs və mülki əhalinin təhlükəsizliyinə təminat veriləcəyi təqdirdə müqaviməti dayandırmağa və təslim olmağa hazır olduqlarını bildiriblər.
Beləliklə, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya bu barədə TASS-a “Luqansk Xalq Respublikası”nın (LXR) xalq milislərinə yaxın mənbə məlumat verib.
Bizdə onu necə deyirlər...babamın babasının babası...sonra da deyirlər ki, arxada gələn qapını bağlasın.
Nə isə, qayıdaq, mənbəələrin ötür-ötüründən sonra rusların TASS-na gəlib çatan məlumata. Beləliklə, məlumayda deyilir:
“...Azotda məskunlaşan aydarovçular, mövcud məlumata görə, müqaviməti dayandırmağa və təslim olmağa hazır olduqlarını bildiriblər", - mənbə cümə axşamı TASS-a bildirib. Onun sözlərinə görə, LPR onların tələblərini yerinə yetirərsə, ukraynalı millətçilər təslim olmağa hazırdırlar. "Onların irəli sürdüyü şərtlər bunlardır: atəşkəs, mülki əhalinin sənaye zonasından təhlükəsiz çıxışı, sonra isə guya silahı yerə qoyub təslim olmağa hazırdırlar".
Deyim ki, mən buna tərəddüdlə də olsa inanmaq istərdim, amma burada məni şübhəyə salan TASS boyda agntliyin “guya silahı yerə qoyub təslim olmağa hazırdırlar” yarımcümləsindəki guya sözü oldu.
Ağasəf Babayev