Suares "Barselon"nın təklifini rədd etdi

23 İyun 2022 22:44 (UTC+04:00)

"Barselona" bu yay mümkün transferlə bağlı Luis Suarezlə əlaqə saxlayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu uruqvatlı hücumçunun "Atletiko"dan ayrılacağını öyrənən kimi onun geri dönüşünü müzakirə etmək üçün futbolçu ilə əlaqə saxlayıb.

Eyni zamanda, "Barselona" Suaresə onun klub üçün ehtiyat variant olduğunu bildirib. Ondan avqusta qədər gözləməsini istəyiblər. Çünki klubun əsas məqsədi "Bavariya"nın hücumçusu Robert Levandovskini almaqdır.

Suarez təklifə görə keçmiş klubuna təşəkkür edib və təkliflə razılaşmayıb. O, "Sevilya", "Vilyarreal " və " River Pleyt"dən konkret təkliflər aldığını və avqusta qədər gözləmək istəmədiyini deyib.

Qeyd edək ki, 35 yaşlı forvard ötən mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 13 qol vurub və 2 məhsuldar ötürmə verib.