“Anadolu Qartalı - 2022” təlimlərinin əhəmiyyəti nədən ibarətdir? - HƏRBİ EKSPERT AÇIQLADI

23 İyun 2022 15:04 (UTC+04:00)

Azərbaycan pilotları “Anadolu Qartalı - 2022” təlimində tapşırıqları uğurla icra ediblər. Bəs, bu təlimin əhəmiyyəti nədən ibarətdir? SİA mövzu ilə bağlı Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, ordumuz 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadət, qəhrəmanlıq və uğurlarla kifayətlənmir: “Bu gün ordunun döyüş və texniki hazırlığını, şəxslərin psixoloji durumunu günü-gündən möhkəmləndirmək üçün tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri həm NATO ölkələri ilə birgə təlimlərdə iştirak, digəri müasir texnikalardan istifadə qaydalarının öyrənilməsi, qonşu dövlətlərlə münasibətlərdə onların metodlarının öyrənilməsidir. Belə tədbirlər nə qədər çox olsa, o qədər mükəmməl imkanlara malik olacağıq”.

Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Ordusu daha da inkişaf etmək üçün hər gün təlimlərlə məşğul olaraq özünü inkişaf etdirir.

Ayşən Vəli