Belə klublardan biri də “Həkəri” FK-dır... - FOTOLAR

23 İyun 2022 13:44 (UTC+04:00)

Bütün idman növləri cəmiyyətin fiziki və zehni sağlamlığına xidmət göstərir. İdman növləri arasında ən çox populyar olanı isə futboldur. Futbol demək olar ki, bütün oğlanların azarkeşlik etdiyi idman növüdür.
Onu da qeyd edək ki, son illər həvəskar futbol klublarında daha çox futbolsevərlər cəmləşməkdədir. Belə klublar idmanın inkişafına, sağlam həyat tərzinə xidmət göstərir. Belə klublardan biri də “Həkəri” FK-dır.

Klubun üzvləri arasında Qarabağın azadlığı uğrunda vuruşan gənc qazilərimiz də var. Elə bu qazilərə, idmana əlindən gəldiyi qədər köməklik göstərənlər arasında gənc psixoloq Taleh Məmmədli də var. Psixoloq bildirib ki, klubun maddi-texniki bazasının güclənməsi üçün əlindən gələni edir və bu dəstək davam edəcək. “Bu günlərdə Klubun keçirdiyi yoldaşlıq görüşündə mən də futbolçuların yanında olmaq istədim. Əlimdən gələni etməyi bir idmansevər, vətəndaş kimi özümə borc bilirəm”,-deyə Taleh Məmmədli deyib.

Onu da qeyd edək ki, psixoloq Taleh Məmmədli özü də şahmat idman növü ilə məşğul olub. O, idmanın inkişafına töhvə verən insanların daha da çox olmasını arzu edib.

Psixoloq bildirib ki, idman ocaqlarına edilən dəstək idmanın inkişafına, eyni zamanda sağlam həyat tərzinə xidmətdir.

Könül