"Bu gün hər ölkədə şirkətlərimiz fəaliyyət göstərir" - RUMINİYALI NAZİR

23 İyun 2022 12:20 (UTC+04:00)

"Azərbaycan və Rumıniya təkcə energetika sahəsində deyil, bütün sahələrdə əməkdaşlıq edərək uğurlara nail ola bilər". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında Komissiyanın Rumıniya tərəfindən həmsədri, bu ölkənin energetika naziri Vircil-Daniel Popesku bildirib.

Onun sözlərinə görə, bugünki iclas Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edir: “Rumıniya Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan 2-ci ölkə olub”.

Nazir qeyd edib ki, iki ölkə ölkə arasında energetika sahəsində geniş əməkdaşlıq mövcuddur: "Biz kənd təsərrüfatı, logistika, nəqliyyat təhsil sahəsində işləri irəli aparmalıyıq. Daha böyük investisiyalar və əməkdaşlıq üçün imkanlar mövcuddur. Bu gün hər ölkədə şirkətlərimiz fəaliyyət göstərir".

V.D.Popesku Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dost münasibətlərinin daim inkişaf etməsindən məmnunluğunu ifadə edib. O, əlaqələrin dərinləşməsi üçün səylərin davam etdirildiyini vurğulayıb.