"Elvis" filminin Türkiyə premyerası İstanbulda keçirildi

23 İyun 2022 08:08 (UTC+04:00)

Rok-n-roll kralı Elvis Preslinin həyatından bəhs edən "Elvis" filminin Türkiyə premyerası İstanbuldakı "Capitol Spectrum Cineplex"də keçirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Premyerada “İstanbul Tribute Band” qrupu Elvis Preslinin unudulmaz mahnılarını səsləndirib.

"Warner Bros. Pictures” istehsalı filmin rejissoru Oskar mükafatlı rejissor Baz Luhrmandır.

Baş rollarda Ostin Batler və Oskar mükafatçısı Tom Henksin çəkildiyi film Elvis Preslinin həyatı və musiqisindən bəhs edir.

Film iyunun 24-də təqdim olunacaq.