Hindistanda bir ailə borca görə intihar edib

23 İyun 2022 06:57 (UTC+04:00)

Hindistanda, Maharaştra ştatında doqquz nəfər evdə ölü tapılıb.

APA “Mirror” qəzetinə istinadən xəbər verir ki, ölənlərin hamısı Vanmor ailəsinin üzvləridir.

Cəsədlər Vanmor qardaşlarına məxsus iki evdə tapılıb. İntihar edənlər 15-72 yaş arasında olub.

Məlumata görə, ailə üzvləri borca görə intihar etməyə qərar veriblər.

Polis ailənin maddi sıxıntısı olduğunu təsdiq edib.

Onların zəhər içərək intihar etdiyi məlum olub.