Polşa rus qazı olmadan da yaşayacaq...

23 İyun 2022 04:16 (UTC+04:00)

“...Polşa Rusiya qazı olmadan belə yaşaya biləcək”.

Qeyd edək ki, bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə səlahiyyətli nümayəndəsi Pyotr Naimski Ukrayna ətrafında vəziyyətlə bağlı Avropa İttifaqı və ABŞ ölkələrinin birgə keşirdikləri forumunda bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

“Bankier.pl” saytının məlumatına görə, Naimski bunun Svinoujsciedə LNG terminalı və Polşa dövlətinə məxsus Qaz-System, eləcə də Danimarka Enerjinetinin birgə layihəsi olan Baltic Pipe qaz kəməri sayəsində mümkün olacağını bildirib.

Hökumət sözçüsünün sözlərinə görə, Rusiya ilə qaz tədarükü ilə bağlı müqavilə ilin sonuna qədər qüvvədə olsa da, amma Qazprom aprel ayında qaz tədarükünü dayandırıb.

Eyni zamanda, onun sözlərinə görə, hazırda Polşanın qaz anbarlarındakı ehtiyatı 100 faizə bərabərdir ki, bu da ölkə daxili yanacağa olan tələbatı ödəyəcək.

Xatırladaq ki, aprelin sonunda “Qazprom” yanacağın rublla ödənilməməsinə görə Polşaya qaz nəqlini dayandırıb. Belə ki, Varşavada Rusiya prezidenti Vladimir Putinin martın sonundakı fərmanı ilə tətbiq edilən yeni ödəniş şərtləri razılaşmanın pozulması kimi qiymətləndirilib.

Ağasəf Babayev