Ruslar Praqaya da həsrət qaldılar...

23 İyun 2022 03:14 (UTC+04:00)

Rusiya Federasiyası və Belarus vətəndaşlarına 2023-cü ilin mart ayına qədər Çexiyaya daxil olmaq üçün vizalar, habelə respublikada uzun müddət qalmaq üçün icazələr verilməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.
Nazirlikdən verilən məlumata görə, ölkə hökuməti bu barədə Rusiya Federasiyası və Belarus hakimiyyətinə Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün təzyiq göstərmək, habelə Çexiyanın təhlükəsizliyinin maraqları naminə müvafiq qərar qəbul edib.

Yeri gəlmişkən, bəzi humanitar halların istisna olacağı da qeyd edilir.

Artıq Çexiyada uzunmüddətli qalmaq icazəsi olan Rusiya Federasiyası və Belarus vətəndaşlarına bu icazənin müddətinin uzadılması üçün müəyyən edilmiş qaydada müraciət edə bilərlər.

Ağasəf Babayev