Ukrayna baş nazirinin müavini hərbi əsirlərin sayını açıqlayıb

23 İyun 2022 01:59 (UTC+04:00)

Ukraynanın baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk əsirlikdə olan hərbçilərin sayını açıqlayıb.

SİA xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirib ki, hazırda 2 minə yaxın ukraynalı əsgər əsirlikdədir. Əslində bu rəqəm ehtimal da oluna bilər.

"Hərbi əsirlərə gəlincə, həqiqətən də bizim reyestrimizdə çoxlu sayda hərbi əsirimiz var. Amma deməliyəm ki, Rusiya onların hamısını təsdiq etmir. Bu günə kimi 2 minə yaxın əsirimiz var” , - deyə İrina Vereşçuk bildirib.