Banqladeşdə sel fəlakəti, onlarla ölü

23 İyun 2022 01:14 (UTC+04:00)

Banqladeşdə dəniz səviyyəsinə yaxın ərazilərdə təsirli olan güclü yağışlar nəticəsində meydana gələn daşqınlarda çox sayda insan həyatını itirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Ölkənin Səhiyyə Xidmətləri Baş İdarəsindən yayılan məlumata istinadla verilən xəbərlərə görə güclü yağışların səbəb olduğu sel fəlakətində ölkənin şimal-şərqindəki Sylhet bölgəsində 18, şimal və mərkəzi Mymensinq ərazisində 15, şimal Rəngpurda isə 3 nəfər həyatını itirib.

Bildirilir ki, sözügedən rayonlarda son üç gündə davam edən daşqınlar nəticəsində 3000-dən çox insan müxtəlif xəstəliklərə yoluxub. Daşqından zərər çəkmiş ərazilərdə humanitar böhran yaranmağa başlayıb. Syllhet bölgəsində 56 min hektar çəltik sahəsi başda olmaqla bir çox bölgədə əkilmiş sahələr suların altında qalıb. Təbii fəlakət nəticəsində avtomobil və dəmir yollarında da ağır fəsad yaranıb.