Bakıda qadın boynundan bıçaqlanıb

23 İyun 2022 00:57 (UTC+04:00)

Bakının Nərimanov rayonunda bıçaqlanma baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Məmmədova Şəfaqət Ağabəy qızı yaşadığı evdə boyun nahiyyəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.