“Bunun təxribat olduğu da istisna edilmir...”

23 İyun 2022 00:38 (UTC+04:00)

Marmaris kurort şəhərində irimiqyaslı meşə yanğınlarının səbəbinin versiyalarından biri kimi Türkiyə hakimiyyəti mümkün təxribatı nəzərdən keçirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi deyib.

“...Hazırda yanğın “baş verən” yerlərdə 2,6 min nəfər işləyir. Yanğınla mübarizə aparan təyyarələrin sayı 41-ə çatıb. Ehtiyat tədbiri olaraq 151 nəfər evlərindən təxliyə edilib. Amma etiraf edilməlidir ki, yanğınla bağlı təxribat şübhələri mövcuddur” - deyə o, bildirib.

Qeyd edək ki, nazir bu barədə TRT telekanalına danışarkən bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Muğla vilayətinin Meşə Müdirliyi Marmarisdə böyük bir meşə yanğınının başlaması barədə xəbər vermişdi. Verilən xəbərdə güclü külək səbəbiylə alov sürətlə yayıldığı da bildirilmişdi.

Verilən xəbərlərə görə, 20 helikopter və 14 təyyarə hazırda yanğınla mübarizə aparır.

Ağasəf Babayev