Rusiyanın Ukraynaya hücumlarında həyatını itirən uşaqların sayı 324-ə çatıb

23 İyun 2022 00:14 (UTC+04:00)

SİA TRT-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğundan açıqlama verilib.

Baş Prokurorluğun açıqlamasında: “Rusiya ordusunun Ukraynaya hücumları nəticəsində 324 uşaq həyatını itirib, 592-si yaralanıb.

Açıqlamada həmçinin qeyd edilib ki, Rusiyanın hücumları nəticəsində Ukraynada ən azı 2052 təhsil müəssisəsinə zərər dəyib. Bunlardan 210-nu tamamilə məhv olub.