Beyl bu kluba keçib?

22 İyun 2022 23:47 (UTC+04:00)

"Real"dan ayrılan Qaret Beyl karyerasını "Kardiff Siti"də davam etdirə bilər.

SİA Qol.az-a istinadən xəbər verir ki, uelsli hücumçu İngiltərə Çempionşip təmsilçisinin məşq meydançasında görüntülənib. O, baş məşqçi Stiv Morisonla gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün klubun bazasına gedib.

Qeyd edək ki, Beyl Uels təmsilçisuinə keçərsə, həftədə 643 min avro qazandığı "Real"dan az maaş qazanacaq.