"Qarabağ nəğmələrim" Türkiyədə

22 İyun 2022 23:34 (UTC+04:00)

Bu yaxınlarda şairə, yazar, ictimai fəalı, öz yurd-yuvasına bağlı, Vətənini layiqincə təmsil edən azərbaycanlı xanım Nəsibə İsrafilqızı Türkiyənin İzmir şəhərində işgüzar səfərdə olub. Nəsibə xanım orada İzmir valisi Selim Yavuz Köşgerin qonağı olub və Azərbaycanın 44 günlük zəfər dastanına həsr etdiyi "Qarabağ nəğmələrim" adlı kitabını valiyə hədiyyə edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

N.İsrafilqızı həmçinin Azərbaycanın Türkiyədəki konsulu Nərminə Mustafayeva ilə görüşüb, qalib bir xalqın məğrur xanımları olaraq bu mövzuda söhbət ediblər.

Bu günlərdə isə Nəsibə İsrafilqızı Azərbaycan Yazıçılar Birliyinin "Səməd Behrəngi" mükafatına layiq görülüb. Mükafat birliyin sədri, xalq yazıcısı Anar tərəfindən şairəyə təqdim olunub.

Qeyd edək ki, Nəsibə İsrafilqızı Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, publisist, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvi, "Qızıl qələm" media mükafatı laureati, BMT Yanında Ümumdünya Sülh Federasiyasının "Sülh səfiri" mükafatçısı, "Məmmd Araz", Xan qızı Natəvan'", "Simurq 2021", Dünya Şərtsiz Sevgi Assosiasiyasının (Dünya Koşulsuz Sevgi Derneği Genel Başkanlığı) təsis etdiyi "Uluslararası barış elçisi" mükafatları laureatı, "Böyük Zəfər", "Milli Ordu - 100", "Böyük Vətən Müharibəsi - 75", "AVMVÍB -25 xatirə medallarının mükafatçısı, Azərbaycan Yazıçılar Birliyi "Səməd Behrəngi" Fəxri Fərmanının sahibi, "El gücü" Beynəlxalq Humanitar Assosiasiyası beynəlxalq əlaqələr șöbəsinin müdiri, AVMVÍB sədrinin ideoloji işlər üzrə müşaviri, 15 kitabın, 50-a yaxın mahnının müəllifi, "Mehriban" xanımlar qrupunun rəhbəri, "Vedibasar" qəzetinin redaktoru və “Əsilzadələr məclisi"nin üzvüdür.