Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO

22 İyun 2022 16:17 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iyunun 22-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev yola saldı.