Dənizdə hansı infeksiyalara yoluxa bilərik? - HƏKİM AÇIQLADI

22 İyun 2022 12:21 (UTC+04:00)

Yayın şiddətli istilərində sərinləmək istəyən sakinlər çimərliklərə üz tutur. Onları bəzisi burada asudə vaxtlarını dəyərləndirərək dincəlir, bəzisi isə həkim məsləhəti ilə bir növ müalicə üçün yollanır. Bildiyimiz kimi artıq çimərlik mövsümünə start verilib və bu gün ölkəmizə rəsmi olaraq Yay fəsli daxil olub. Yəni, artıq ehtiyyac duyduğumuz D vitaminini də rahatlıqla ala biləcəyik. Bəs, çimərlikdən insan orqanizminə hansı infeksiyalar keçə bilər? SİA həkim infeksionist Namiq Nəbiyevin bu barədə fikirlərini öyrənib.

Onun sözlərinə görə, dənizdən insana heç bir xəstəlik keçmir: "Ancaq baklaborotoriya tərəfindən yoxlanmış və çimməyə icazə verilmiş yerlərdə hər şey qaydasındadır. Xəstəlik aşkar edilmiş ərazidə suya daxil olsalar xəstələnmə ehtimalı çox olar".

Həkim sözlərinə belə davam edib: "Dənizdə daha çox bağırsaq çöpləri, göbələk, stafilokokk mənşəli infeksiyalar olur. Əksinə, dənizdə günəş vannası qəbul etmək lazımdır ki, insan orqanizmasında D vitamini bol olsun".

Ayşən Vəli