İsraildə növbədənkənar parlament seçkiləri keçiriləcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә İsrailin KAN yayım orqanı mәlumat yayıb.
Mәlumata әsasәn, hökumət koalisiyası tərəfdaşlarından olan Baş nazir Naftali Bennet və xarici işlər naziri Yair Lapid parlamentin buraxılması vә növbədənkənar seçkilərin keçirilməsi barədə razılığa gəliblər.
Koalisiya tərəfdaşlarının әldә etdiyi razılığa əsasən, növbədənkənar seçkilərə qədər xarici işlər naziri Yair Lapid müvəqqəti olaraq Baş nazir vәzifәsini icra edәcәk.
Seçkilərin tarixi hələlik açıqlanmayıb.