2022/2023-cü il mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək voleybol klubları dəqiqləşib. Federasiyanın mətbuat xidmət xidmətindən SİA-ya verilən məlumata görə, ölkəmiz qitəsəviyyəli klub turnirində iki komanda ilə təmsil olunacaq.
Çağırış kubokunda qadınlardan ibarət “Azərreyl” və kişilərdən ibarət “Murov” klubu mübarizə aparacaqlar.