Marsdakı xarici material termal ədyal parçası ola bilər

18 İyun 2022 00:57 (UTC+04:00)

ABŞ Milli Kosmik və Aviasiya Agentliyi (NASA) Marsda iki qaya arasında görünən parlaq, gümüş rəngili materialın termal örtünün bir hissəsi ola biləcəyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, NASA-nın "Perseverance" kosmik komandası daha əvvəl Marsda qeydə alınan görüntülərdə iki qaya arasında naməlum obyektin tapıldığını bildirib.

"Perseverance" "Twitter" hesabından edilən məlumatda görüntülərin araşdırıldığı və obyektin 2021-ci ildə göndərilən kəşfiyyat vasitəsindən düşən termal ədyal parçası ola biləcəyi ifadə edilib.

Sözügedən material təmiz planetlərin ətraf mühitinin çirklənməsi ilə bağlı narahatlıq doğurub.