Ukrayna Hərbi Dəniz Qüvvələri İlan adasında (Zmeinıy) Rusiya Qara Dəniz Donanmasına məxsus “Vasili Bex” qoşqu gəmisini məhv edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının "Facebook" səhifəsində məlumat yayılıb.
Bildirilib ki, gəminin göyərtəsində “TOR” zenit-raket kompleksi olub. İlkin məlumata görə, gəmi komandasının 70 faizi vurulub, qalanların aqibəti isə məlum deyil.
Məlumata görə, bu gəmi qoşqusunun su tutumu 1 605 tondur. Rusiyanın Həştərxan şəhər gəmiqayırma zavodunda tikilib. Onu Qara Dəniz Donanmasına 2017-ci ildə daxil ediblər.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bu ilin aprelində “Neptun” raketi İlan adası yaxınlığında Rusiyanın “Moskva” kreyserini vuraraq batırıb.