"Azərbaycanda peyvəndlənmədən kənarda qalan uşaqların siyahısı tərtib olunub" - NAZİR

17 İyun 2022 13:01 (UTC+04:00)

“Azərbaycanda peyvəndlənmədən kənarda qalan uşaqların siyahısı tərtib olunub”. Bunu SİA-ya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

O qeyd edib ki, həmin uşaqların siyahısının hazırlanması başa çatdırılıb: “Ünvanlı şəkildə həmin uşaqlar planlı peyvənd üçün rayon poliklinikalarına dəvət olunurlar və peyvəndləmə həyata keçiriləcək. Düşünürəm ki, qısa müddətdə bu məsələni yekunlaşdıracağıq”.