"Hər bir region, ölkə ÜST-ə ehtiyac duyur” - Valdis Zatlers

17 İyun 2022 10:52 (UTC+04:00)

“ÜST çox vacib təşkilatdır. Biz bunu pandemiya zamanında gördük. Hər bir region, ölkə ÜST-ə ehtiyac duyur”. SİA-nın xəbərinə görə, bunu Latviyanın sabiq Prezidenti Valdis Zatlers IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” adlı paneldə deyib.

Onun sözlərinə görə, vaksinasiya ictimai məsələdir: “Bununla bağlı siyasətçilər bir araya gələrək vahid qərar qəbul etməlidirlər. Biz anti-vaksin təbliğatını unutmalı deyilik. Deyirdilər ki, vaksinlər sınaqdan keçirilməyib. Biz davamlı olaraq əhali ilə danışmalıyıq. Əks halda onlar növbəti pandemiyaya hazır olmayacağıq və nəticədə məğlub olacağıq. ÜST-ə üzvlük haqqını hər bir ölkənin ÜDM-nə görə üzvlük haqqını artmaq lazımdır. Bununla da kasıb ölkələr yaddan çıxmaz”.