“Mən əfsanəyəm” məşhur filmin davamı çəkilir

17 İyun 2022 08:17 (UTC+04:00)

“Mən əfsanəyəm” (I am Legend) filminin davamı çəkiləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, məşhur aktyor Uill Smitin baş rolda oynadığı 2007-ci il istehsalı filmin növbəti hissəsi “Westbrook Media” şirkəti tərəfindən hazırlanacaq. Xatırladaq ki, sonuncu “Oskar” mərasimində Uill Smit səhnəyə çıxaraq həyat yoldaşı haqqında yersiz zarafat edən aparıcı Kris Roku sillə ilə vurmuşdu.