Rusların tətil üçün Türkiyəni seçimi artaraq davam edir

17 İyun 2022 01:56 (UTC+04:00)

Rusiya Tur Operatorları Assosiasiyasına (ATOR) görə Türkiyədə tətillərə tələbat xeyli artıb.

ATOR-un açıqlamasında qeyd edilib ki, tur operatorları Türkiyəyə yaxın tarixli uçuşlarda turpaket çatışmazlığının olduğunu bildiriblər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Paytaxt Moskvadan Antalyaya 2-3 gün ərzində uçuş tapmağın qeyri-mümkün olduğu ifadə edələn açıqlamada: “Hava nəqliyyatının məhdud olması səbəbindən tələbatın qarşılanmasında çətinlik çəkilir. Egey sahilləri üçün tədarük çatışmazlığı daha da böyükdür. Lakin iyul və avqust aylarında tətil seçimlərində vəziyyət daha yaxşıdır”.